Operatorun öldürüldüyü çəkiliş meydançasında yeni dəlillər üzə çıxıb


Şou-biznes 28 Okt 2021 11:58:00 140 0

Operatorun öldürüldüyü çəkiliş meydançasında yeni dəlillər üzə çıxıb

"Rust" (Pas) filminin çəkiliş meydançasında baş verən faciə ilə bağlı yeni dəlillər aşkar olunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nyu-Meksiko ştatının Santa-Fe dairəsi şerifi Adan Mendoza brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, çəkiliş meydançasından əlavə döyüş gilizləri aşkar olunub.

Xatırladaq ki, adıçəkilən filmin çəkilişləri zamanı Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb.

Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa isə bir neçə saat sonra xəstəxanadan evə buraxılıb.

Hazırda istintaq davam edir. Bolduinə qarşı rəsmi ittiham irəli sürülməyib.