Alimlər yeni kəşf etdikləri kərtənkələyə Ceki Çanın adını verdilər


Digərləri 28 Okt 2021 11:28:00 119 0

Alimlər yeni kəşf etdikləri kərtənkələyə Ceki Çanın adını verdilər

Hindistanda kəşf edilən yeni növ "Geko" kərtənkələsinə məşhur aktyor Ceki Çanın adı verilib.

Son.az olay-a istinadən xəbər verir ki, aktyorun fanatı olan elm adamları yeni kəşf etdikləri canlını "Cekinin gekosu" adlandırıblar. Buna səbəb kimi heyvanın olduqca cəld olduğunu, onun bir qayadan digərinə sürətlə hoppanmasını gətiriblər.

Hətta Hindistan Beynəlxalq Bioloji Elmlər Mərkəzindən Zeşan Mirzə heyvana bir ulduzun adının verilməsinin onu daha tez tanıtdığını söyləyib.

O, bildirib ki, bu günə qədər 60 yeni heyvan kəşf olunub.