ABŞda beş yaşlı uşaqlara koronavirusa qarşı


Digərləri 28 Okt 2021 09:13:00 95 0

ABŞda beş yaşlı uşaqlara koronavirusa qarşı

ABŞ tibbi tənzimləyicisinin ekspert komissiyası 5-11 yaşlı uşaqlara koronavirus peyvəndini tövsiyə edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) mütəxəssisləri böyük səs çoxluğu ilə bu qərarı qəbul ediblər. Onların fikrincə, "Pfizer" peyvəndinin vurdurulmasının faydaları risklərdən daha çoxdur.

Peyvəndlər üzrə tənzimləyici orqanın rəhbəri Piter Marks bildirib ki, bu yaş qrupunda təxminən iki milyon insan koronavirusa yoluxub, onlardan 8300-ü xəstəxanaya yerləşdirilib. O, xəstəxanaya yerləşdirilənlərin üçdə birinin reanimasiyaya ehtiyacı olduğunu vurğulayıb.

Bu qərar təxminən 28 milyon azyaşlıya təsir edəcək.