12 milyondan çox uşaq qorxudan


Digərləri 28 Okt 2021 09:26:00 122 0

12 milyondan çox uşaq qorxudan

https://oxu.az/world/540996

Nigeriyada 12 milyondan çox uşaq qaçırılma qorxusu ilə məktəbə getmir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Məhəmməd Buxarinin şəxsi katibi İbrahim Qəmbəri bildirib.

Onun sözlərinə görə, xüsusilə ölkənin şimal bölgəsində dövlət məktəblərinə artan hücumlar təhsil sisteminə dağıdıcı təsir göstərə bilir.

Qəmbəri qeyd edib ki, xüsusilə qızların təhlükəsizlik problemləri və onların təsirləri ilə məşğul olmaq çətindir. Qaçırılan tələbələrin əksəriyyəti pul müqabilində sərbəst buraxılıb.