Ukrayna "Bayraqdar" sualından yayındı


Dünya 28 Okt 2021 09:05:00 122 0

Ukrayna "Bayraqdar" sualından yayındı

Donbas üzrə danışıqlarda Kiyev nümayəndələri "Bayraqdar" PUA-sından istifadə ilə bağlı ünvanlanan sualdan yayınıblar.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Donbasla bağlı üçtərəfli təmas qrupundakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov deyib.

Qrızlov vurğulayıb ki, Minsk razılaşmalarına əsasən, bütün təmas xətti boyunca hərbi təyyarələrin və pilotsuz təyyarələrin uçuşu qadağandır.

Qeyd edək ki, Ukrayna ordusu "Bayraqdar"dan Donbasda ilk dəfə istifadə edərək, atəş açan və əsgərin ölümünə səbəb olan haubitsanı məhv etdiyini açıqlayıb.