Füzuli beynəlxalq aeroportunun açılışı Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcəyin nümunəsidir Korotçenko


Siyasət 28 Okt 2021 00:15:00 64 0

Füzuli beynəlxalq aeroportunun açılışı Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcəyin nümunəsidir  Korotçenko

Füzuli Beynəlxalq Hava Limanının açılışı bütün regionun inkişafı üçün güclü təkandır.

Son.az bildirir ki, bunu Trend-ə nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko deyib.

O qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq səviyyəli hava limanıdır: "O, görünməmiş qısa müddətdə tikilib. Belə zaman kəsiyində hava limanının tikilməsini hələ heç kəs görməyib. O ki qaldi hava limanının memarlıq üslubuna və aviasiya tələbləri standartlarına cavab verməyinə, bu, beynəlxalq səviyyəli obyektdir, və ən yüksək tələblərə cavab verir. Sözsüz ki, hava limanının açılışı, o cümlədən, 30 il ərzində hər şeyin dağıdıldığı və hazırda işğaldan azad edilmiş ərazilərdə gələcək iqtisadi inkişafın bünövrəsi qismində xidmət edəcək. Burada, bir ildən də az bir müddətdə keyfiyyəti və tikinti müddəti ilə Ginnesin Rekordlar Kitabına düşə biləcək unikal infrastruktur obyekti tikildi".

Korotçenkonun sözlərinə görə, hər kəs Azərbaycanın bu cür obyektləri tikmək imkanlarına diqqət yetirəcək və bu, şübhəsiz ki, ölkənin beynəlxalq nüfuzunu artıracaq.

"Bu gün hava nəqliyyatı kommunikasiyaların əsasını təşkil edir, hava limanının açılması gələcəkdə turizm klasterinin inkişafına imkan verəcək, Azərbaycanın müxtəlif şəhərləri arasında hərəkət zamanı sər olunan vaxtı azaldacaq, və təbii ki, bütövlükdə regionun inkişafı baxımından iqtisadi effekt verəcək. Onu da unutmayaq ki, Zəfər yolu Füzulini Şuşa şəhəri ilə birləşdirir. Bu da istismara verilmiş ən yüksək səviyyəli infrastruktur obyektidir, bütün bunlar kommunikasıyanı daha sərfıli edir, sürətləndirir və təbii ki, çox güclü iqtisadi effekt verəcək", - deyə İqor Korotçenko qeyd edib.

O həmçinin vurğulayıb ki, milyonlarla erməni üçün Füzuli Beynəlxalq Hava Limanının açılışı nəinki Azərbaycanın müharibədə qalib gələn, hətta ermənilərin 30 il ərzində dağıtdığı, faktiki olaraq cansız səhraya çevirdiyi əraziləri bu gün bərpa edən uğurlu ölkə olmasının nümunəsidir.

"Minalanmış ərazilərdən başqa ermənilər özlərindən sonra heçnə qoymayıb. Ermənistan Füzuli Beynəlxalq hava limanına baxıb və özlərinə sadə bir sual verirlər: "Niyə Azərbaycan bunu edə bilir, biz isə yox?" Və yəqin ki, çoxlarının şüurunda dəyişikliklər olacaq, 21-ci əsrə gedən Azərbaycanı, 20-ci əsrdə ilişib qalmış və heç bir şəkildə oradan çıxa bilməyən Ermənistanı görəcəklər. Və bu Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcək üçün bir nümunə olacaq", - deyə İqor Korotçenko bildirdi.

Günün qoroskopu: Seçiminizdə yanılmadığınıza əmin olun like
  • 28 Okt 00:01  
Digərləri Günün qoroskopu: Seçiminizdə yanılmadığınıza əmin olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Vətən müharibəsinə görə Türkiyəyə embarqo tətbiq edən Kanada hərbi şirkəti iflasa uğrayıb like
  • 27 Okt 23:50  
Dünya Vətən müharibəsinə görə Türkiyəyə embarqo tətbiq edən Kanada hərbi şirkəti iflasa uğrayıb

Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı

arrow Ətraflı
Bitkoinə alınan aviabiletlər və turlar populyarlaşır like
  • 27 Okt 23:39  
Dünya Bitkoinə alınan aviabiletlər və turlar populyarlaşır

Kriptovalyuta tətillər, o cümlədən aviabiletlər üçün ödəmə üsulu ki

arrow Ətraflı
FHN eyvandan əşyaları atan şəxslə bağlı açıqlama yaydı like
  • 27 Okt 22:55  
Digərləri FHN eyvandan əşyaları atan şəxslə bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi əşyaları eyvandan atan şəxslə bağlı məlum

arrow Ətraflı
Qazi də olsaq, şəhid də olsaq biz bunu dərk edərək Vətənimizin müdafiəsinə qalxdıq...  FOTO like
  • 27 Okt 22:49  
Digərləri Qazi də olsaq, şəhid də olsaq biz bunu dərk edərək Vətənimizin müdafiəsinə qalxdıq... FOTO

Uşaqlıqda hərbçi olmaq istəyirdim, ən böyük arzum isə Xüsusi Təyinatl

arrow Ətraflı
Avropada COVID19a yoluxma və ölüm halları artmaqda davam edir like
  • 27 Okt 22:44  
Dünya Avropada COVID19a yoluxma və ölüm halları artmaqda davam edir

Avropa keçən həftədə koronavirusa (COVID-19) yeni yoluxma hadisələrinin v

arrow Ətraflı