Məşhur aktrisa ögey oğlu ilə qalmaqal yaşadı FOTO


Şou-biznes 27 Okt 2021 20:42:00 153 0

Məşhur aktrisa ögey oğlu ilə qalmaqal yaşadı  FOTO

"Həyat davam edir" serialından ayrıldıqdan sonra aktrisalığı atıb Amerikada məskunlaşan türkiyəli aktrisa Məltəm Miraloğlu özündən 48 yaş böyük olan təqaüdçü müəllim Patrik Qreydi ilə ailə həyatı qurub.

Son.az sia-ya istinadən xəbər veriri ki, Miraloğlunun ögey oğlu ilə problem yaşadığı iddia edilib.

Miraloğlunun amerikalı ərinə vəsiyyət yazdırdığı və ölümündən sonra bütün əmlakını ona qoyduğu iddia edilib. Məltəm Miraloğlunun ögey oğlu ilə problem yaşadığını iddia edən türkiyəli bəstəkar Onur Akay: "Patrikin öz oğlu həm ögey anası Məltəm Miraloğluna, həm də öz atasına qarşı iddia qaldırıb. Atasının qocalığını, ailə nizamını pozacaq həyat tərzi sürdüyünü məhkəməyə təqdim edən öz oğlu Los-Angeles Ali Məhkəməsinə müraciət edərək, vəsiyyətnamənin və qəyyumluğun ləğvi üçün iddia açıb. O, həmçinin yazdığı vəsiyyətnamənin də ləğvini istəyib.