Koronavirusa yoluxan qadın uşağı doğub, öldü


Digərləri 27 Okt 2021 19:48:00 90 0

Koronavirusa yoluxan qadın uşağı doğub, öldü

Türkiyədə koronavirusa yoluxan hamilə qadın doğuşdan sonra ölüb.

Son.az lent.az-a istinadən xəbər verir ki, 26 yaşlı Nafiye Epçin 33 həftəlik hamilə olarkən koronavirusa yoluxub. Tokat şəhərində müalicə alan hamilə qadının oktyabrın 17-də vəziyyəti ağırlaşıb və xəstəxanalardan birinə yerləşdirilib. İki gün sonra övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Bundan sonra vəziyyəti pisləşən 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 25-də, doğumdan 6 gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, uşaq indi xəstəxanadadır və vəziyyəti qənaətbəxşdir.