Övladlarının sözləri Miri Yusifi ağlatdı


Şou-biznes 27 Okt 2021 17:42:00 131 0

Övladlarının sözləri Miri Yusifi ağlatdı

Övladları Xalq artisti Miri Yusifi doğum günü münasibətilə video hazırlayaraq təbrik edib. Həmin görüntüləri efirdə izləyən ifaçı kövrəlib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, həmin anlar "Səhər mərkəzi" verilişində yayımlanıb.

"Əziz ata, səni ürəkdən təbrik edirəm. Çox sağlam yaşa. Sən mənim ən yaxın dostum və ən böyük dayağımsan. Səni sevirəm" - deyə, sənətçinin böyük oğlu deyib.

Müğənninin kiçik qızı atasının "Ad günü" mahnısındakı sözlərlə təbrik edib:

"Bu gün sənin ad günündür, bu gün sənin şad günündür, mənim atam. Bu gün bizim də şad günümüzdür. Ad günün mübarək, mənim ən böyük qəhrəmanım. Səni dünyalar qədər sevirəm".

Miri Yusifin kiçik oğlu isə onu çox sevdiyini dilə gətirib:

"Mən səni çox sevirəm. Yaxşı ki, doğulmusan".

Övladlarının təbrikini izləyən Miri Yusif göz yaşlarına hakim ola bilməyib, sürprizin çox gözəl olduğunu qeyd edib.

Qeyd edək ki, Miri Yusif ailəsi ilə birlikdə İzmirə köçüb. Sənətçi Bakıya işləri olanda qayıdır. Övladları isə Türkiyədə təhsil alır.