Baydendən koronavirusla bağlı təhlükəli hərəkət


Digərləri 27 Okt 2021 17:54:00 104 0

Baydendən koronavirusla bağlı təhlükəli hərəkət

ABŞ prezidenti Co Bayden Nyu-Cersi ştatında çıxışı zamanı ovucuna öskürüb, bundan sonra isə tribunadan düşərək çıxışa gələn insanlarla əl görüşüb. Son.az oxu.az-a istinadən xəbər verir ki, bu zaman onun ağzında maska da olmayıb, halbuki bir müddət əvvəl onun kabinetinin üzvlərindən biri  koronovirus infeksiyasına yoluxub.

Belə ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkasada koronovirus müəyyən edilib, bundan əvvəl isə o, prezidentlə görüşmüşdü.