Bir zamanlar küsülü idilər


Şou-biznes 27 Okt 2021 18:06:00 110 0

Bir zamanlar küsülü idilər

Xalq artisti Röya Ayxan və Əməkdar artist Sevda Ələkbərzadə yan-yana görüntülənib.

Müğənni Sevda Yahyayevanın toyunda Axşam.az obyektivinə tuş gələn ifaçılar birlikdə şəkil çəkdiriblər.

Uzun illər əvvəl küsülü olan Röya və Sevda sonradan barışsalar da çox az hallarda yanyana gəliblər.

Qeyd edək ki, Röya açılamalarından birində Sevda haqda "Texniki ifa onların əcnəbi müğənniyə çevrilməsi deməkdir. Əvvəl onları öz müğənnilərimiz sayırdım. İndi isə deyirəm ki, onlar Amerikadan gəliblər: Tünzalə Ağayeva, Sevda Ələkbərzadə... Sevda Ələkbərzadə üçün mənim janrım qeyri-ciddi janrdır və o, öz janrını mənimkindən üstün sayır. Amma mənimçün öz janrım hamısından yuxarıdır. O, mənə yuxarıdan aşağı baxır. Ola bilsin ki, mən də ona eyni cür yanaşıram. Amma mən bunu onun qədər büruzə vermirəm" sözlərini söyləmişdi.

Daha sonra Röya sosial şəbəkədə Sevdanın klipini yayımlayaraq, ona barışıq addımı atmışdı.