İsrail təyyarəsi ilk dəfə Səudiyyə Ərəbistanına uçub
Dünya 27 Okt 2021 18:00:00 84 0
İsrailə məxsus özəl təyyarə ilk dəfə Səudiyyə Ərəbistanına uçuş edib.
Son.az Trend-ə istinadən bildirir ki, ötən gün Təl-Əvivdən uçan təyyarə Ər-Riyad hava limanında enib.
Bir gün əvvəl isə Birləşmiş Ərəb Əmirliklərinin "Royal Jet" çarter aviaşirkətinin təyyarəsi Ər-Riyaddan Təl-Əvivə uçuş həyata keçirmişdi.
Bu reys də Ər-Riyad-Təl-Əviv istiqamətində həyata keçirilmiş ilk ictimai uçuş olub.
Mənbə: milli.az