Gecədə geyimləri ilə yarışdılar


Şou-biznes 27 Okt 2021 17:24:00 121 0

Gecədə geyimləri ilə yarışdılar

Uzun müddətdən sonra şou-biznes nümayəndələri yenidən bir araya yığışıblar. Onlar Sevda Yahyayevanın toy məclisində toplaşıblar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, şou-biznesin xanımları gecədə geyimləri ilə yarışa giriblər.

Xalq artisti Röya Ayxan yaxın rəfiqə olduğu Sevdanın məclisinə qara sinə dekolteli və ayaq yarıqlı paltar seçib. O, paltarını gümüşü aksesuarlarla tamamlayıb.

Əməkdar artist Lalə Məmmədova da toy üçün qara geyim seçib. Xeyli çəki atan müğənni qara tulumu üçün az sayda aksesuardan istifadə edib.

Müğənni Xatirə İslam da toya qara rəngli geyimlə qatılıb. İfaçı qara tül şalvarının üstünə eyni rəngli pencək geyinib. Sənətçi görüntüsünü narıncı çantası ilə rəngləndirib.

Rəqqasə Fatimə Fətəliyeva digər həmkarlarından fərqli olaraq qırmızıya üstünlük verib. Uzun qırmızı ziyafət geyimi ilə özü dediyi kimi "stoyka"sını gözəl göstərən sənətçi az sayda aksesuardan istifadə edib. O, görünüşünü parlaq makiyajla tamamlayıb.

Müğənni Roza Zərgərli məclis üçün uzun qara paltara üstünlük verib. O, sadə donunu böyük brilyantlarla rəngləndirməyə çalışıb.

Rəqqasə Oksana Rəsulovanın da seçimi qara libas olub. Oksana sadə libasını parlaq makiyaj, dəbdəbəli saç düzümü və qaşlı çantası ilə tamamlayıb.

Gecənin rəngli geyinənləri arasında aparıcı Zümrüd Bədəlova yer alıb. O, məclis üçün qızılı uzun paltar seçib.

Müğənni Nura Suri də qara paltarla obyektiv qarşısına keçib. Qara ayaqqabı geyinən Nura görünüşünü qəhvəyi çanta ilə tamamlayıb.

Aparıcı Afaq Gəncəli qısa donla toya qatılıb. Gümüşü rəngli ziyafət paltarı seçən Afaq qara çantaya üstünlük verib.