"Yastıpəncəliyin artması..."


Digərləri 10 Okt 2021 23:25:00 81 0

"Yastıpəncəliyin artması..."

Yastıpəncəlik uşaqlar arasında geniş yayılan xəstəliklərdən biridir. Mütəxəssislərin fikrincə, bu, azyaşlılarda dayaq-hərəkət sistemi problemləri arasında ən geniş yayılan patologiyadır. Xəstəliyin əlaməti pəncə deformasiya olduğuna görə ayağın altının bütünlükdə yerə toxunmasıdır. Ayağın alt səthindəki medial qövsün azalması və ya tamamilə olmaması ayaq altının düzləşməsinə səbəb olur. Yastıpəncəliyin I, II və III dərəcələri var. Erkən aşkarlanan yastıpəncəliyi konservativ üsullarla müalicə etmək mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-travmatoloq Müseyib Əhmədov məlumat verib.

O bildirib ki, yastıpəncəliyin erkən aşkarlanmasına diqqət etmək lazımdır. Yastıpəncəliyin artması uşağın sosial həyatına təsir göstərir. Nəticədə uşaqlar sürətli və uzun müddət qaça bilmirlər, tez-tez yıxılırlar və baldırlarının arxa qrup əzələlərində ağrılar baş qaldırır. Bundan başqa, yastıpəncəlik inkişaf etdikdə diz oynağı və bud-çanaq oynağında ağrılar, hətta beldə onurğa əyrilikləri baş verir. Bu xəstəlik skalioz və kifozun artmasına səbəb olur. Ona görə də valideynlər çox diqqətli olmalıdırlar. Həkimə vaxtında müraciət etmək lazımdır. Fizioterapiya və reabilitasiya ilə erkən aşkarlanan yastıpəncəliyin inkişafının qarşısını almaq mümkündür. Belə olan halda, uşaqlara xüsusi ortopedik ayaqqabılar və ayaqqabı içlikləri təyin edilir. Lakin gec aşkarlanan yastıpəncəlik isə yalnız əməliyyatla müalicə oluna bilər".

Gürcüstanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb like
  • 10 Okt 22:10  
Dünya Gürcüstanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gürcüstanda 871 014 nəfər koronavirus əleyhinə tam peyvənd kursundan keç

arrow Ətraflı
Otellərdən nəyi "oğurlamaq" olar, nəyi yox?  SİYAHI like
  • 10 Okt 22:04  
Digərləri Otellərdən nəyi "oğurlamaq" olar, nəyi yox? SİYAHI

Turistlər qaldıqları otel nömrəsindən nəyi götürə bilərlər, nəyi yo

arrow Ətraflı
Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün... like
  • 10 Okt 21:50  
Digərləri Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün...

Tənəffüs yollarında yad cisimlərinə uşaqlarda və böyüklərdə rast gə

arrow Ətraflı
Təyyarənin göyərtəsində nəyi etmək olmaz? like
  • 10 Okt 21:45  
Digərləri Təyyarənin göyərtəsində nəyi etmək olmaz?

Səyahətlər çox zaman macərasız ötüşmür. Ya oteldə, ya turda, ya da el

arrow Ətraflı
Pandemiyadan əvvəl ABŞ və Çində koronaviruslar hazırlanıb like
  • 08 Okt 09:30  
Digərləri Pandemiyadan əvvəl ABŞ və Çində koronaviruslar hazırlanıb

ABŞ və Çindən olan alimlər COVID-19 pandemiyasından əvvəl də yeni koron

arrow Ətraflı
Xırdalanda ər 22 yaşlı arvadını qətlə yetirdi like
  • 08 Okt 09:25  
Digərləri Xırdalanda ər 22 yaşlı arvadını qətlə yetirdi

Xırdalanda qadın əri tərəfindən qətlə yetirilib.

arrow Ətraflı
Müğənniyə ağır itki like
  • 08 Okt 09:24  
Şou-biznes Müğənniyə ağır itki

90-cı illərin sevilən müğənnisi Eda Özülküyə ağır itki üz verib.

arrow Ətraflı