Antibiotik vurulan şəxs qəfildən ölüb


Digərləri 10 Okt 2021 23:34:00 318 0

Antibiotik vurulan şəxs qəfildən ölüb

Naxçıvan MR sakini Naftalan şəhərində qəfildən dünyasını dəyişib.

Son.az APA-ya istinadən bildirir ki, 1986-cı il təvəllüdlü Qasımov Daşqın Ədalət oğlu Naftalanda müvəqqəti olaraq yaşadığı evdə antibiotik iynənin vurulması nəticəsində halı pisləşib. Təcili tibbi yardım xidmətinə məlumat verilsə də, o, dünyasını dəyişib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.