Saakaşvilinin vəziyyəti pisləşib


Dünya 10 Okt 2021 23:45:00 310 0

Saakaşvilinin vəziyyəti pisləşib

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə onun həkimi Nikoloz Kipşidze məlumat yayıb.

Bildirilib ki, artıq 10-cu gündür həbsxanada aclıq aksiyası keçirən keçmiş prezidentin xəstəxanaya yerləşdirilməsinə zərurət yaranıb.

"Həbsxana həkimləri və işçiləri ilə bu gecəni necə keçirmək barədə danışdım.

Sabah yenidən Saakaşviliyə baş çəkəcəyəm. Yəqin ki, onu xəstəxanaya köçürməliyik", - deyə həkim qeyd edib.