Rusiyada saxta spirtli içkidən 14 nəfər ölüb


Dünya 08 Okt 2021 09:05:00 186 0

Rusiyada saxta spirtli içkidən 14 nəfər ölüb

Rusiyanın Orenburq vilayətində 14 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə regional hökumətin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "İndiyə qədər 22 zərərçəkən qeydə alınıb. Onlardan 14 nəfəri ölüb, digərləri isə xəstəxanadadır. Metanol zəhərlənməsi faktları üç rayonda qeydə alınıb: Yanenski, Dombarovski və Adamovski".

Qeyd edilir ki, insanların ölümünə səbəb olan spirtli içkilərin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.