Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb


Digərləri 08 Okt 2021 09:23:00 302 0

Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Kərimova Məryəm Orxan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.