Alabamada daşqınlar nəticəsində 4 nəfər ölüb


Dünya 08 Okt 2021 07:36:00 209 0

Alabamada daşqınlar nəticəsində 4 nəfər ölüb

ABŞ Alabama ştatında güclü yağışlar daşqınlara səbəb olub.

Trend-in "CNN" telekanalına istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində biri azyaşlı uşaq olmaqla azı 4 nəfər həlak olub.

Məlumata əsasən, ştatın bir neçə şəhərində yollar, küçələr və dayanacaqlar su altında qalıb.

Bildirilir ki, güclü yağışlar davam edir.