Bayden Türkiyəyə qarşı sanksiyalar rejiminin müddətini uzadıb


Dünya 08 Okt 2021 07:27:00 205 0

Bayden Türkiyəyə qarşı sanksiyalar rejiminin müddətini uzadıb

ABŞ Prezidenti Cozef Bayden Türkiyənin Suriyadakı hərbi əməliyyatı ilə əlaqədar Ankaraya qarşı sanksiyalar barədə fərmanın qüvvədə qalma müddətini bir il uzadıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin açıqlamasında deyilir.

C.Baydenin sözlərinə görə, Türkiyənin Suriyadakı hərbi əməliyyatı ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün ciddi təhlükə doğurur: "Bununla əlaqədar olaraq 13894 saylı fərmanla elan edilən fövqəladə vəziyyəti bir il müddətinə uzadıram".

Qeyd edək ki, sözügedən fərman 2019-cu ilin 14 oktyabr tarixində ABŞ-ın sabiq Prezidenti Donald Tramp tərəfindən imzalanıb.