İki qrup arasında baş verən dava xəstəxanada da davam etdi


Dünya 07 Okt 2021 13:06:00 167 0

İki qrup arasında baş verən dava xəstəxanada da davam etdi

Türkiyənin Konya şəhərində yerləşən əyləncə mərkəzinin qarşısında baş verən əlbəyaxa dava xəstəxanada da davam edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, dava edən tərəfləri saxlayaraq istintaq müayinəsi üçün xəstəxanaya aparan polis daha böyük təhlükə ilə üz-üzə qalıb.

Belə ki, saxlanılan şəxslərin qohumları xəstəxanya gələrək əvvəl mühafizə xidmətinin içşilərinə daha sonra polislərə təzyiq göstərib.

Onlar qarşı tərəflə öz aralarında olan gərgin münasibətlərə aydınlıq gətirilməsinə imkan verilməsini tələb ediblər.

Bu zaman saxlanılan şəxslərlə xəstəxanaya gələn digər qrupun qohumları arasında mübahisə düşüb.