Gürcüstanda koronavirusa yoluxanların sayı 626 mini keçib


Digərləri 07 Okt 2021 13:12:00 163 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 626 mini keçib

Gürcüstanda son sutkada daha 2 228 nəfər koronavirusa yoluxub, 28 pasiyent vəfat edib.

Son.az bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 626 058-ə, ölənlərin sayı isə 9 162-yə yüksəlib.

Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 711 nəfər artaraq 596 380 nəfər olub.