Günün qoroskopu: Emosional fon əlverişli deyil


Digərləri 07 Okt 2021 00:01:00 139 0

Günün qoroskopu: Emosional fon əlverişli deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - nüfuzlu insanlarla təmaslar və yeni tanışlıqlar üçün əlverişli zamandır. Təmkinli, səbrli və eyni zamanda həssas olun. Yeni müttəfiqlərlə tanışları asanlıqla tapa bilərsiniz. Yaradıcılıq üçün yaxşı zamandır.

Günün ikinci yarısında çoxdan aradığınız insan sizinlə əlaqə saxlayacaq. Fəaliyyət arealında qayda yaradın. İş yerini dəyişmək və ya köçlə bağlı fikirləri təxirə salın. Şəxsi həyatınızda ciddi dəyişikliklər ehtimalı çox azdır. Ümumilikdə isə situasiya pis deyil.

Buğa - günün vəd etdiyi çətinlikləri aradan qaldırmaq üçün əzmlə, diqqətlə çalışmağınız gərəkdir. Yeni zirvələr fəth etmək üçün bütün variantlardan, yaranmış şanslardan istifadə edin. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər istisna deyil.

Günün ikinci yarısında yarımçıq qalmış işləri başa vurun. Şəxsi münasibətlərdə stabilliyə can atın. Avantüra arayırsınızsa, bir qədər risk etmək olar. Yaxınlarınızın mənasız, hətta axmaq saydığı əməllərin gerçək mahiyyətini, təbii ki, siz bilirsiniz. Münaqişə aramayın.

Əkizlər - kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin öhdəsindən gəlməyə çalışın. Qərarlarınız tələsik olmasın. Situasiyanı götür-qoy edəndən sonra müşahidə etdiyiniz təmayülləri dəyərləndirin. Sağlam məntiqə əsaslanın. Belədə sizi məqsədə doğru aparan yoldan çıxarmaq çox çətin olacaq.

Günün ikinci yarısında öz işlərinizi təxirə salaraq başqalarının problemlərinin çözülməsi ilə məşğul olmayın.

Liderlik məziyyətlərinizi nümayiş etdirin.

Axşam saatları yaxınlarınızla ünsiyyət, birgə istirahət, əyləncə üçün yararlıdır. Darıxmayacaqsınız. Alış-verişə çıxa bilərsiniz.

Xərçəng - darıxdırıcı və ya yorucu işləri də yarımçıq qoymayın. Etibarlı, sınanmış insanlarla çalışın. İşin ən ağır, yorucu hissəsini onlara həvalə etmək olar.

Hesabatların tərtibi, biznes planlaşdırılması üçün münasib zamandır. Rəqiblərin kommersiya fəaliyyətini təhlil edin. Düzgün strategiya seçin.

Günün ikinci yarısında qiymətli hədiyyə və ya maraqlı təklif ala bilərsiniz. Planlaşdırılmamış səfər, qəfil tanışlıq ola bilər.

Axşam saatları pozitiv emosiyalar vəd edir.

Şir - birgə fəaliyyət və əməkdaşlıq üçün fəna zaman deyil. Tərəfdaşlarınızdan birinin müstəqil, nüfuzlu insan olmasında fayda var. Uğur qazanmış insanlar sizi dəstəkləyəcəklər. Uğursuz və zavallılar isə sürəkli tənqid edəcək, kölgənizi qılınclayacaqlar.

Onların dediklərinə fikir verməyin.

Günün ikinci yarısı yeni layihə və ya işlə bağlı müzakirələr zamanıdır. Şəxsi münasibətlər üçün neytral vaxtdır. Bu sahədə ciddi dəyişikliklər ağlabatan deyil.

Belə olsun.

Axşam saatlarında gəzintiyə çıxın.

Qız - ulduz olmağa, özünüzü məşhur adam qismində qələmə verməyə çalışmayın. Uğurlarınız barədə çox danışmayın. Təvazökar olun, səmimi davranın. Bəzi problemlərdən danışmağa dəyər. Peşəkar fəaliyyət sahəsində yerinizdə saymayın, irəliləməyə çalışın.

Günün ikinci yarısı faydalı anlaşmalar və yaxşı sövdələşmələr vəd edir. Şəxsi həyatınızda nə isə dəyişə bilər.

Axşam saatlarında əhvalınız pis olmayacaq. Enerji çatışmazlığı aşkar hiss olunmasın deyə, özünüzə fikir verin. Səhhətinizin qeydinə qalın.

Səfər, planlaşdırılmamış səyahət pis alınmayacaq.

Tərəzi - mübarizəyə qətiyyətlə atılın. Qələbə şansınız az deyil. Qətiyyətli və əzmkar olsanız, rəqibləri üstələyəcəksiniz. Yeni işə başlayırsınızsa, ən xırda məsələlərə, təfərrüatlara fikir verin. Kiminsə rəğbətini qazanmaq fikriniz varsa, bilik və bacarıqlarınızı nümayiş etdirin.