Estetik əməliyyatdan sonra ulduzu sönən məşhurlar


Şou-biznes 07 Okt 2021 01:32:00 178 0

Estetik əməliyyatdan sonra ulduzu sönən məşhurlar

Qırmızı xalçaya çıxdıqdan sonra manşetlərdə olan, rejissorların israrla layihələrində görmək istədiyi, pərəstişkarlarının onlara bənzəmək üçün çalışdığı ulduzların bu gün adi insanlardan seçilməməsinin səbəbi plastik cərrahiyyənin qurbanı olmalarıdır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, görünüşlərində yenilik etmək istəyərkən aktrisalar tam əksinə, gələcək rollarından məhrum olub. Bu adlardan biri də Cennifer Qreydir. Aktrisanın indiki fotolarına baxanlar onun filmlərini və canlandırdığı obrazları xatırlamaqda çətinlik çəkə bilər.

"Dans" filmi ilə adını zirvələrə daşıyan aktrisa zamanla mətbuatda xüsusən burnu ilə bağlı iradların ardından estetik etdirib. Lakin uğursuz cərrahi müdaxilə onu növbəti layihələrdən məhrum edir.

Cennifer bu addımdan peşman olduğunu bu ifadələrlə dilə gətirib:

"Bir plastik cərrahın yanına ulduz olaraq getdim və oranı heç kim kimi tərk etdim".

Plastik müdaxilənin digər bir qurbanı isə "Muhteşem yüz yıl" serialının Hürrem sultanı Məryəm Üzərlidir. Aktrisanın üfüqdə parlayan günəşi bir müddətdən sonra sönməyə başlayıb. Ana olduqdan sonra kökələn aktrisa rinoplastika, endoskopik alın gərmə əməliyyatı keçirib, üzünə dolğular və botoks etdirib. Bu da rejissorları tanınmaz dərəcədə dəyişən aktrisaya rol təklif etməkdən çəkindirib. Daha sonra rol ala bilmədiyinin fərqinə varan Məryəm dodağında və yanaqlarında olan dolğuları çıxarıb.