Qadınların həyatında vacib olan 6 hormon...


Digərləri 07 Okt 2021 01:01:00 150 0

Qadınların həyatında vacib olan 6 hormon...

Qadınların sağlamlığı və əhval ruhiyyəsi əsasən qanda olan hormonların səviyyəsindən asılıdır.

Onların orqanizmə olan təsirini anlamaq və onların təbii yolla idarə olma mexanizmini bilməklə, hər bir qadın öz cavanlığını və ruhi hormoniyasını əldə edə bilər.Beləliklə bu siyahını sizə təqdim edirik:

Endorfin hormonu.

Böyük sevinc, şadlanma hissi və xoşbəxtliyi tam ürəklə hiss etməyə kömək edən məhz - endorfin hormonudur. Onun orqanizmə təsiri həqiqətən əvəzolunmazdır, belə ki, o, hətta ağrı hissini də keyləşdirə bilir.

İdarə etmə üsulu:

Özünüz üçün aromaterapiya seansı təşkil edin, belə ki, ətirli nanənin efir yağını  nəfəsinizə  alaraq, siz nəinki sakitləşirsiniz, həm də sevinc hissi yaşaya bilirsiniz. Bunun səbəbi odur ki, nəfəs aldığınız zaman nanə efiri burunun sinir reseptorlarını stimullaşdıraraq, beyinə endorfinin sekresiyasının yüksəlməsi haqda siqnalı göndərir. Bununla əhval ruhiyyə yüksəlir, həyat tonusu güc yığır.

Ədviyyatlar istifadə edin. Acı yeməklər yediyiniz zaman, dilin ucunda olan sinir sonluqları qıcıqlanaraq, "sevinc hormonunun" istehsalını çoxaldır. Buna görə az da olsa, əsasən qış aylarında acı yeməklər yemək lazımdır. Təbii ki sağlamlıqla bağlı əks göstərişləri unutmamaq şərtilə!

Leptin, qrelin hormonu.

Leptin  hormonu - orqanizmdə səviyyəsi pozulduqda artıq çəki problemini yaradan əsas səbəblərdən biridir. Leptini (onu toxluq hormonu da adlandırırlar)piy hüceyrələri istehsal edir. Bu hormon yeməkdən aldığınız kalorilərin dərhal itifadə olunması və ya piy ehtiyatlarında saxlanılmasına qərar verir. Bundan əlavə onda  beyinə lazımı vaxtda toxluq siqnalının göndərilməsi səlahiyyəti də vardır. Qrelin hormonu isə əksinə, aclıq hissi haqda siqanl verir.

İdarə etmə üsulu:

Doyunca yatın. Əgər sutkada 7 saatdan az yatmaq adəti almısınızsa, o zaman orqanizmdə qrelinin səviyyəs artır, leptinin səviyyəsi isə azalır. Bu halda, piylənmə zaman söhbətidir. Normal yuxu yatmaq üçün  problemləri yataq otağınıdan uzaq tutmaq lazımdır.

Dopamin hormonu.

İkinci adı - yaddaş hormonudur. Onun istehsalına baş beyin cavabdehdir. Dopamini səviyyəsi - iş qabiliyyətiniz, konsentrasiya və informasiyanın uzunmüddətli saxlanılmasını təmin edir.

İdarə etmə üsulları: