Fransanın ən yaşlı sakini 112 yaşında vəfat edib


Dünya 06 Okt 2021 09:54:00 172 0

Fransanın ən yaşlı sakini 112 yaşında vəfat edib

Fransanın ən yaşlı sakini Jul Teobald 112 yaşında dünyasını dəyişib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "France-Antilles" portalı məlumat yayıb.

Teobald Martinika departamentinin izibati mərkəzi Fort-de-Frans şəhrində yaşayıb.

2019-cu ildə 111 yaşlı Roje Ovenin ölümündən sonra o, Fransanın ən yaşlı sakini idi.

Qeyd edək ki, Teobald əvvəllər balıqçı olub. Ailə üzvləri onu "Akula" deyə çağırırdı.

Teobaldun rəsmi olaraq 17 aprel 1909-cu ildə anadan olduğu bildirilir. Lakin iki il əvvəl doğulduğu barədə də məlumatlar var.