Xoşbəxtliyin 6 açarı. Səadətə mane olan 7 amil


Digərləri 05 Okt 2021 23:01:00 145 0

Xoşbəxtliyin 6 açarı. Səadətə mane olan 7 amil

Qurani-Kərim hər birimiz üçün hidayət vasitəsidir. Quran bizlərə xoşbəxt olmağın və saədətin yollarını göstərir və onun açarını bizə təqdim edir. Xoşbəxt olmağın 6 açarına işarə edək.

1. İbadət və müticəsinə qılınan namaz.

Quranın nəzərinə görə o kəslər ki, Allaha müticəsinə ibadət etməyi bacarıblar, Allah onları hidayət edər. Bəzi insanlar namazı tərk etməz, lakin onların qıldığı namaz itaətkarların namazı deyildir. Ona görə də namaz insana lazım olan qədər təsir etməz. "Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar". ("Muminun" 1-2).

2. Yersiz və pis işlərdən uzaq olmaq.

"Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər". ("Muminun" 3). İnsanın saədətə çatmasına mane olan amillərdən biri də yersiz işlərdir. Hər kim həyatında yaxşı və yersiz işlər arasında sərhəd qoya bilməyibsə, özünü səadətdən məhrum edər. Əlbəttə yersiz dedikdə ancaq yersiz söhbətlər nəzərdə tutulmur. Yəni, insanı Allahdan uzaqlaşdıra bilən və qafil edən hər bir yanlış təfəkkür və məşğuliyyət nəzərdə tutulur.

3. Zəkat vermək.

"Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər". ("Muminun" 4). Quranın nəzərinə görə hər kim dünya malına malikdirsə, ondan yoxsullar üçün pay ayırmalıdır. Bu zaman səadət əhlinin zümrəsinə qoşula bilər.

4. İffətli olmaq.

Quranın nəzərinə görə saədət əhli həmişə iffətlidir və iffətsizliyə yol verəcək heç bir əməl görməz. "Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar". ("Muminun" 5).

5. Tövbə etmək.

Adi insan günah etmədən yaşaya bilmir. Lakin bu əməl mümkünsüz deyildir, yəni bunu bacar bilər. İnsan əgər günah işlədibsə, gərək İlahi rəhmət qapılarını üzünə bağlamasın və Allaha tövbə etsin. "Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız". ("Nur" 31).

6. İlahi təqvaya riayət etmək.