Xalq təbəbəti üsulları ilə qurdlarla mübarizə


Digərləri 05 Okt 2021 23:15:00 152 0

Xalq təbəbəti üsulları ilə qurdlarla mübarizə

Uşaqlar arasında qurd xəstəliklərinə olduqca tez-tez təsadüf edilir.

Qurdları aşkar etmək çox da asan iş deyil. Müəyyən fasilələrlə 3 dəfə nəcis analizi verilməlidir. Bundan əlavə ümumi qan analizi də verilməlidir. Qanda eozinofil hüceyrələrin artması uşaqda qurdların olmasına işarə edə bilər. Lakin hətta bu analizlər də 100% dəqiq nəticə verməyə bilər.

Qurdlarla mübarizədə istifadə olunan bir çox dərman preparatları orqanizmə toksik təsir edir. Bu səbəbdən qurdlarla mübarizə apardıqda ilk növbədə xalq təbabəti üsullarına üz tutmaq (təbii ki, həkimlə məsləhətləşdikdən sonra), bu vasitələr kömək etmədikdə isə dərmanlardan istifadə etmək olar.

Nəzərinizə çatdıraq ki, xalq təbabəti üsulları qurdalarla mübarizədə çox effektlidir. Ənənəvi farmasevtik sənayəsi bu üsulların bir çoxlarını qurdlar əleyhinə olan dərmanların istehsalı zamanı geniş istifadə edir.

Beləliklə,

1. Balqabaq tumaları qurdlarla mübarizədə və profilaktik məqsədi ilə geniş istifadə olun vasitədir. Hər gün uşağa 1 ovuc təmizlənmiş (tumun üzərində yaşıl pərdə qalmalıdır) balqabaq tumları vermək lazımdır. Tumlar çox dadlı və xeyirlidir. Belə dadlı müalicə istənilən müddət ərzində davam oluna bilər.

2. Yovşan otu digər təsirli vasitədir. 1 xörək qaşığı otun üzərinə 1 litr qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin və süzün. Dəmləmə gün ərzində 3 dəfə 2 xörək qaşığı olmaqla yeməkdən 20 dəqiqə əvvəl qəbul olunur. Müalicə 5 gün ərzində davam edir. Növbəti 2 həftə ərzində uşağa həftədə 2 dəfə olmaqla dəmləməni vermək lazımdır. Bu otun çox acı dadı var və bu səbəbdən uşaq ondan imtina edə bilər. Qurdqovucu təsirindən əlavə yovşan otu yaxşı iştahanı artırır.

3. Yaşıl (kal) qoz da qurdqovucu effektinə malikdir. 3 xörək qaşığı xırda doğranmış qozun üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və süzün. Uşağa gündə 3 dəfə 1 xörək qaşığı dəmləməni  verin. Müalicə kursu - 2 həftə.

4. Razyana toxumları qidalara, salatlara əlavə etmək, dəmləmə şəklində qəbul etmək (1 xörək qaşığı + 1 stəkan qaynar su) olar.

5. Soğan və sarımsaq çox təsirli qurdqovucu vasitələrdir. Sarımsağı çiy vəziyyətdə salatlara və qidalara əlavə etmək olar. Gündə 1 dəfə olmaqla 1/2 diş sarımsağı çox xırda doğrayın, 1 çay qaşığı balla qarışdırın və uşağa verin. Müalicə kursu - 2 həftə.