İsrailin Baş naziri oktyabrın 22də Rusiyaya səfər edəcək


Dünya 05 Okt 2021 23:43:00 153 0

İsrailin Baş naziri oktyabrın 22də Rusiyaya səfər edəcək

"İsrailin Baş naziri Naftali Bennetin Rusiyaya səfəri oktyabrın 22-nə planlaşdırılıb".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Alexander Ben Zvi jurnalistlərə açıqlamsında bildirib.

Səfir səfərlə bağlı məlumatın Rusiya tərəfinin bəyan etdiyini deyərək, belə bir planın olduğunu təsdiqləyib: "Belə bir plan var".

Qeyd edək ki, N.Bennet iyunun 13-də İsrailin Baş naziri vəzifəsinə başlayıb. O, bu vəzifədə 2009-cu ildən İsrail Baş naziri olmuş Benyamin Netanyahunu əvəzləyib.