Ermənistanda Paşinyan əleyhinə aksiyalara başlanılacaq


Dünya 05 Okt 2021 23:44:00 126 0

Ermənistanda Paşinyan əleyhinə aksiyalara başlanılacaq

"Noyabrda mitinqlərin keçiriləcəyinə əminəm".

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Ermənistanın Daşnaksütyun Partiyasının üzvü Baqrat Yesayan jurnalistlərlə görüşündə bildirib.

Onun fikrincə, xalq keçmiş və indiki manipulyasiyadan qurtulmalı və təhlükədə olduğunu anlamalıdır.

"Siyasi elitanın vəzifəsi səylər göstərmək və xalqa mesajlar çatdırmaqdır. Bu siyasət deyil, dövlətin taleyi həll edilir", - o qeyd edib.