Selin fəsadları aradan qaldırılır


Digərləri 05 Okt 2021 19:12:00 112 0

Selin fəsadları aradan qaldırılır

Katex çayının sahilində yeni bəndin tikilməsi nəzərdə tutulub

Son.az Real TV-yə istinadən bildirir ki, iki həftə öncə Balakən rayonu ərazisinə yağan güclü leysan yağışlar nəticəsində bəzi dağ çayları məcrasından çıxaraq ətraf ərazilərə ziyan vurub.

Nəticədə selin gətirdiyi qum, çınqıl və ağac qırıntıları çayların məcrasını dolduraraq çayın ötürmə qabiliyyətini aşağı salıb. Bu zamanı isə sel suları kənd ərazilərini və təsərrüfatları basıb, çay məcralarında şişmələr baş verib, dambalar dağılıb.

Dərhal çay məcralarına Balakən Suvarma Sistemləri İdarəsi tərəfindən baxış keçirilib və idarənin texnikaları selin ziyan vurduğu ərazilərə cəlb olunub. Təxirəsalınmaz işlər nəticəsində təhlükənin qarşısı alınıb və bu gün də buldozer və ekskovatorlarla dağ çaylarında müəyyən işlər görülür.

İdarənin mühafizə tədbirləri planına uyğun olaraq bu il Katex çayının sağ sahilində, Katex kəndinin mühafizəsi üçün yeni 100 paqonometr daş-beton bəndin tikilməsi nəzərdə tutulur ki, bu bənd ətraf əraziləri sel təhlükəsindən qoruyacaq. Balakən Suvarma Sistemləri İdarəsi rayon ərazisində sahil bərkitmə işləri ilə paralel olaraq suvarma suyunun əkin sahələrinə itkisiz çatdırılması üçün il ərzində işlərini davam etdirib. Bu il rayonda suvarma mövsümü müvəffəqiyyətlə yekunlaşıb.