Kadırov öz inauqurasiyasında ağladı VİDEO


Dünya 05 Okt 2021 19:24:00 144 0

Kadırov öz inauqurasiyasında ağladı  VİDEO

Bu gün yenidən Çeçenistanın başçısı vəzifəsinə keçən Ramzan Kadırov andiçmə mərasimindən sonra çıxışı zamanı göz yaşlarına hakim ola bilməyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata əsasən, Kadırov Çeçenistanın birinci Prezidenti olmuş atası Əhməd Kadırovdan danışarkən gözləri yaşarıb.

"Bir daha deyirəm ki, Çeçen xalqının yüksək etimadını və Prezidentimiz Vladimir Vladimiroviç Putinin etimadını doğruldacağam. Respublikamızı dinc, sağlam və gözəl gələcək ilə təmin etmək üçün əlimdən gələni edəcəyəm. Atamın dediyi sözləri bir daha deməyi sevirəm. O deyirdi ki, həqiqət zəfər çalacaq", - deyə Kadırov bildirib və onu qəhər boğub.

Daha sonra Çeçenistan başçısı əlavə edib: "Bu gün geriyə baxdıqda başa düşürəm ki, Əhməd hacının barəsində danışdığı həqiqət həqiqətən də zəfər çalıb".