Son sutkada 57 572 vaksin vuruldu


Digərləri 05 Okt 2021 19:40:00 125 0

Son sutkada 57 572 vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 572 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 623 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 795 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 824 323, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 971 249 təşkil edir.