Lukaşenkonun CNNə müsahibəsi zamanı kuryoz hadisə yaşandı VİDEO


Digərləri 05 Okt 2021 19:42:00 127 0

Lukaşenkonun CNNə müsahibəsi zamanı kuryoz hadisə yaşandı  VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Belarus prezidenti CNN telekanalına müsahibə verib. Müsahibənin necə hazırlandığı haqda Belarusun "Pul Pervoqo" Telegram kanalı mini video hazırlayıb və CNN telekanalının çəkiliş qrupunun gülünc vəziyyətə düşdüyünü əks etdirən kadrları yayımlayıb.

Son.az  xəbər verir ki, video "Hamının təriflədiyi Amerika texnikası" başlığı ilə Telegram kanalında yerləşdirilib.

Kadrlardan görsənir ki, səs rejissoru bir neçə dəfə aparıcının yanına gələrək mikrofondakı kənar səsi yığışdıra bilmir.

Bütün bunlar Aleksandr Lukaşenkonun gülüşünə səbəb olur.