İranda son sutkada 216 nəfər koronavirusdan ölüb


Dünya 05 Okt 2021 19:00:00 137 0

İranda son sutkada 216 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 216 nəfər koronavirusdan (COVID-19) ölüb, 13 226 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 121 563 nəfərə, yoluxanların sayı isə 5 651 961 nəfərə çatıb. Virus daşıyıcılarından 5 665 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 135 887 nəfər koronavirusdan sağalıb, 32,7 milyondan çox diaqnoz testi həyata keçirilib.