"Elə ki, kişinin gəliri artır, xanımına xəyanət edir”


Şou-biznes 05 Okt 2021 17:06:00 150 0

"Elə ki, kişinin gəliri artır, xanımına xəyanət edir”

"Yüz kişidən 90-ı xəyanət edir".

Son.az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri "Elin sözü" proqramında əməkdar artist Cavanşir Məmmədov deyib. O, fikirlərinə bunları da əlavə edib:

"Sevgilisi kişiyə  çayı elə gözəl formada təqdim edir ki... O qulluğu evdə görə bilmir, bu onun psixologiyasına təsir göstərir. Fikirləşir ki, evdə də belə olsa, yaxşıdır. Evə gəlib deyir ki, rəhmətliyin qızı, çayı gətir, otur yanımda söhbət et. Kişi pul qazana bilməyəndə xəyanət etmir. Elə ki, gəliri artır xanımına xəyanət edir". Son.az