Prezident İlham Əliyev Xızıda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayırıb
Siyasət 05 Okt 2021 14:43:00 159 0
Prezident İlham Əliyev Xızı rayonunun Giləzi-Xızı (18 km)-Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Giləzi-Xızı (18 km)-Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Mənbə: milli.az