Gürcülər də ermənilərin yolunu bağladı yüzlərlə yük maşını sərhəddə qalıb VİDEO FOTO


Digərləri 05 Okt 2021 15:30:00 143 0

Gürcülər də ermənilərin yolunu bağladı  yüzlərlə yük maşını sərhəddə qalıb  VİDEO  FOTO

Təxminən 10 gündür ki, erməni yük maşınları Larsa gedən yolda ilişib qalıb.

Son.az xəbər verir ki, erməni saytlarına müsahibəsində sürücü Taron Markaryan deyib ki, yolda təxminən 200 yük maşını yığılıb qalıb. "Bizə keçməyə icazə verilmir. Yalnız bir izah var - ermənilər üçün yol bağlıdır. Gözümüzün qabağında gürcü və azərbaycan nömrə nişanlı avtomobillər keçir, amma bizə icazə verilmir"- deyə Markaryan bildirib.

Sürücülərə keçidin daha bir həftə bağlanacağı bildirilib: "Bu, Ermənistanı blokada etmək üçün düşünülmüş addımdır. 10 gündür burda olan insanlar var". O, Ermənistanın Gürcüstandakı səfirinin həmin əraziyə baş çəkdiyini bildirib. "Bir neçə gün əvvəl bura gəldi, polislə danışdı və getdi. Sürücülər Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə zəng vurdular, oradan belə cavab verdilər: maşınlarınızın sahiblərinə deyin, qoy bu problemi həll etsinlər. Uşaqlar və düşünürəm ki, dövlət məmurlarımızın diqqətini çəkmək üçün yolu da bağlayacağıq. Dövlətimiz haradadır? deyə sürücü sualla çıxış edib.

Kamran Seyidov Son.az