Bakıda şirniyyat sexi nöqsanlara görə bağlanıb


Digərləri 05 Okt 2021 13:36:00 127 0

Bakıda şirniyyat sexi nöqsanlara görə bağlanıb

Bakıda "Kardeşlər Marmaris" müsəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə Son.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, agentliyin əıməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H. Əliyev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Engin Akdemirə məxsus "Kardeşlər Marmaris" restoranında plandankənar yoxlama keçirib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, yeyinti məhsullarının istehsalı, saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Belə ki, müəssisədə mal qonşuluğu prinsipinə, temperatur rejiminə əməl olunmadığı müəyyən olunub.