Saakaşvili Zelenskiyə məktub yazdı


Digərləri 05 Okt 2021 13:12:00 121 0

Saakaşvili Zelenskiyə məktub yazdı

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə məktub yazıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, o, dövlət başçısına həbsinə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirib.

M.Saakaşvili qeyd edib ki, Gürcüstanda həbsi qanunsuzdur və ona qarşı ittihamlar saxtalaşdırılıb:

"Gürcüstanımı öz həyatımdan daha çox sevirəm. Mən ikinci vətənim Ukraynanı da çox sevirəm. Bütün həyatım boyu həyata keçirdiyiniz tarixi dəyişikliklər və islahatlara kiçik töhfə vermək imkanına malik olduğuma görə fəxr edəcəyəm".