Diplomatları qoruyan polis məmuru təcavüz ittihamı ilə həbs edildi


Dünya 05 Okt 2021 13:00:00 156 0

Diplomatları qoruyan polis məmuru təcavüz ittihamı ilə həbs edildi

Böyük Britaniyada Parlament və diplomatik nümayəndəliyin mühafizəsi ilə məşğul olan polis əməkdaşı təcavüzdə ittiham olunur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə London polisinin rəsmi saytında məlumat verilir.

"Parlament və diplomatik  nümayəndəliklərin Mühafizə İdarəsininin əməkdaşı 46 yaşlı konstebl Devid Kerrik Hardofordşirdə təcavüzdə ittiham edilib", - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, Kerrik saxlanılan gündən vəzifəsindən uzaqlaşdırılıb.

Polis Zabiti Hatfilddə mühakimə olunacaq.