Ucarda arvadını xüsusi amansızlıqla öldürən şəxsdən


Digərləri 05 Okt 2021 11:30:00 206 0

Ucarda arvadını xüsusi amansızlıqla öldürən şəxsdən

Şəki Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Son.az "Report"a istinadən bildirir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 12 bıçaq zərbəsi endirərək V.Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Q.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

O, məhkəmədə elan olunan ittihamla özünü təqsirli bilib.

Son.az