Bakıda avtomobillə vurulan piyadanın hər iki ayağı sınıb


Digərləri 05 Okt 2021 08:58:00 119 0

Bakıda avtomobillə vurulan piyadanın hər iki ayağı sınıb

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Nəcəfova Zülfiyyə Mədət qızını vurub.

Piyada xəstəxanaya aparılıb. Həkim müayinəsindən sonra qadına hər iki baldır sümüyünün sınıqları diaqnozu qoyulub.