Fransada yüksək meteoroloji təhlükə


Dünya 05 Okt 2021 10:30:00 115 0

Fransada yüksək meteoroloji təhlükə

Fransada şiddətli yağış və daşqın təhlükəsi səbəbiylə ölkənin cənub-şərqindəki Buş-du-Ron departamentində qırmızı- ən yüksək meteoroloji təhlükə səviyyəsi elan edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bəzi ərazilərdə yağıntılar 200 mm, bəzi hallarda isə 240 millimetrə qədər düşə bilər.

Fransanın eyni bölgəsindəki 5 departamentdə güclü yağış, göy gurultulu leysan və daşqın ehtimalına görə narıncı səviyyə tətbiq edilib.