İranda daha 238 nəfər koronavirusdan ölüb


Dünya 05 Okt 2021 06:33:00 99 0

İranda daha 238 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 238 nəfər koronavirusdan (COVID-19) ölüb, 14 607 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 121 347 nəfərə, yoluxanların sayı isə 5 638 735 nəfərə çatıb. Virus daşıyıcılarından 5 727 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 115 796 nəfər koronavirusdan sağalıb, 32,6 milyondan çox diaqnoz testi həyata keçirilib.