ABŞ Gürcüstanı Saakaşvili ilə ədalətli davranmağa çağırıb


Dünya 05 Okt 2021 08:28:00 127 0

ABŞ Gürcüstanı Saakaşvili ilə ədalətli davranmağa çağırıb

Vaşinqton Tbilisini Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı ədalətli münasibət və hüquqlarına hörmət nümayiş etdirilməsinə çağırır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays keçirdiyi brifinqdə bildirib.

"Biz gürcü hakimiyyətini Gürcüstan qanunlarına və onun insan haqları sahəsindəki beynəlxalq öhdəliklərinə uyğun olaraq Saakaşvili ilə münasibətdə ədalətli davranmağa çağırırıq", - Prays belə deyib.