Zukerberq "Facebook" istifadəçilərindən üzr istədi


Dünya 05 Okt 2021 08:03:00 105 0

Zukerberq "Facebook" istifadəçilərindən üzr istədi

"Facebook" şirkətinin sahibi Mark Zukerberq ötən gün kütləvi sosial şəbəkələrdə müşahidə edilən kütləvi problemlərlə əlaqədar istifadəçilərdən şəxsən üzr istəyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə M.Zukerberq özünün "Facebook" səhifəsində yazıb.

Şirkətin sahibi bildirib: "Facebook", "Instagram", "WhatsApp" və "Messenger" yenidən onlayn fəaliyyətə qayıdır. Bugünkü problemlərə görə üzr istəyirik - maraqlandığınız insanlarla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm".

Xatırladaq ki, daha əvvəl dünyadakı, o cümlədən Azərbaycandakı bir sıra istifadəçi "Facebook", "İnstagram" sosial şəbəkələri və "WhatsApp" mesencerinin fəaliyyətinin bərpa olunduğunu bildirib.