“Telegram”ın işində nasazlıq yaranıb


Dünya 05 Okt 2021 00:52:00 124 0

“Telegram”ın işində nasazlıq yaranıb

"Telegram" messencerinin işində nasazlıq ortaya çıxıb.

Bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidməti məlumat yayıb.

Şikayətçilər tətbiqin işi, serverin qoşulması ilə bağlı problem yaşadıqlarını bildirir.

Nasazlıq haqqında şikayətlər daha çox ABŞ, Meksika, Kanada, Cənubi Amerika və bəzi Avropa ölkələrindən olan istifadəçilərdən gəlir.

"WhatsApp"dan keçən bütün yeni istifadəçilərə şadıq, lakin serverlər çətinliklə üzləşib" - "Telegram"ın məlumatında deyilir.