Türkiyədə 4,3 bal gücündə zəlzələ


Dünya 04 Okt 2021 22:30:00 111 0

Türkiyədə 4,3 bal gücündə zəlzələ

Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yeraltı təkanın episentri Egey dənizi sahilindən 8.09 kilometr aralıda olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, son günlər Egey dənizi bölgəsində seysmoloji gərginlikdə yenidən artım müşahidə olunur.