İnsan ömrünün müddəti onun bağırsaqlarından asılıdır Türk həkim


Digərləri 04 Okt 2021 22:35:00 116 0

İnsan ömrünün müddəti onun bağırsaqlarından asılıdır  Türk həkim

Bağırsaqların mikroflora mühitinin vəziyyəti insanın ömrünün uzunluğu ilə birbaşa əlaqəlidir.

Son.az xəbər verir ki, bu barədə türk həkim Halit Erebakan məlumat verib.

Bağırsaqlar nəinki qidanı həzm edib, xaric etməklə məşğuldur, o həmçinin milyonlarla virus, mikrob, bakteriyanın yaşayış yeridir.

Eləcə də orda vitamin K sintezi edir. Bağırsaqlar immunitet, ürəyə, psixikaya təsir edir. Bağırsaq mühiti sağlam olmayanların xərçəng olma ehtimalı yüksəkdir.

Eləcə də bağırsaqları xəstə olanlara təyin edilən digər müalicəvi dərmanlar da zəif təsir edir.